Satılır obyekt 1200 m², Bakıxanov q.
Bakı şəhəri, Sabunçu rayonu, Razin qəsəbəsi (Bakıxanov), Fidan yolunda, tam yol kənarında yerləşən ayrıca tikili qeyri-yaşayış sahəsi satılır. Ümumi sahəsi 1200 kv/m olan obyekt 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə geniş və işıqlı zal, müasir isitmə və soyutma sistemi, effektiv havalandırma sistemi mövcuddur. Obyektin qarşısında 9–10 avtomobil üçün parking sahəsi, əlavə olaraq zala 6 avtomobilin rahat giriş-çıxışı imkanı təmin olunub. İkinci mərtəbə funksional şəkildə planlaşdırılıb və 5 otaqlı ofis sahəsi, yeməkxana, qarderob və gündəlik fəaliyyət üçün lazım olan bütün şəraitlə təchiz edilib. Tikili özəl mülkiyyət sənədi ilə, təyinatı yaşayış məntəqələridir. Torpaq dövlət istifadəsindədir. Obyekt bir çox kommersiya fəaliyyəti üçün uyğundur: avtoprofilaktoriya, servis mərkəzi, ofis, anbar, klinika və digər biznes istiqamətləri üçün əlverişli seçimdir. Belə lokasiya və imkanlara malik obyektlər bazarda nadir hallarda təklif olunur. Xidmət haqqı: 1% təşkil edir.
Qiymət: 1.700.000 AZN



















































































































































